AZ

Gürcüstanla sərnişindaşımaların bərpası ilə bağlı ADY-dən daha bir AÇIQLAMA

“Bakı-Tbilisi-Bakı dəmir yolu reysinin açılması ilə bağlı hələ ki qərar yoxdur”. 

News365.az xəbər verir ki, bu barədə ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov, reysin mayın 1-dən açılması ilə bağlı Gürcüstan tərəfinin yaydığı məlumata münasibət bildirərkən deyib.   

“Açılış barədə xəbər yoxdur. Qonşu tərəf bununla bağlı açıqlama vermişdi. Biz də bununla bağlı məlumat gözləyirik”, - Azər Fərəcov qeyd edib.   

Reysin açılışına hazırlığa gəlincə, ADY rəsmisi bildirib ki, hazırda hazırlıq işləri bütün istiqamətlər üzrə aparılır: 

"Yekun qərar olandan sonra, biz işlərimizi tamamlaya bilərik".

Seçilən
23
8
news365.az

10Mənbələr