AZ

Gürcüstana qatarla səfər bərpa olunur? –ADY-dən AÇIQLAMA

Bakı-Tbilisi-Bakı dəmir yolu reysinin açılması ilə bağlı hələ ki qərar yoxdur.

Bu barədə “APA-Economics”ə ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov, reysin mayın 1-dən açılması ilə bağlı Gürcüstan tərəfinin yaydığı məlumata münasibət bildirərkən deyib.

“Açılış barədə xəbər yoxdur. Qonşu tərəf bununla bağlı açıqlama vermişdi. Biz də bununla bağlı məlumat gözləyirik”, – Azər Fərəcov qeyd edib.

Reysin açılışına hazırlıq işlərinə gəlincə, ADY rəsmisi bildirib ki, hazırda hazırlıq işləri bütün istiqamətlər üzrə aparılır:

“Yekun qərar olandan sonra, biz işlərimizi tamamlaya bilərik”.

Seçilən
25
8
azpost.info

10Mənbələr