AZ

ABŞ görüşün sonunda Tramp-Putin görüşünün məğzini açıqlayacaq

Ağ Evin sözçüsü Kerolin Levitt bildirib ki, ABŞ prezident Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə telefon danışığının nəticələrini danışıqlar bitdikdən dərhal sonra elan etməyi planlaşdırır.

Editor.az bu barədə RİA Novosti-yə istinadla məlumat yayıb.

“Prezidentin həmişə etdiyi kimi, şəffaflıq naminə sizi əmin edə bilərəm ki, görüşdən dərhal sonra onun və ya komandamızdan kimsədən nəticələr barədə məlumat alacaqsınız”,-deyə bildirilib.

Digər tərəfdən, rəhbərlik nümayəndələri Vladimir Zelenskinin gələcəyi ilə bağlı məsələnin gündəmə gəlib-gəlməyəcəyi ilə bağlı şərh verməkdən imtina ediblər.

“Mənə əvvəllər də bu məsələ ilə bağlı çoxlu suallar verilib, qərəzli olmaq fikrim yoxdur. Görüş başa çatandan sonra aydınlıq gətirəcəyik”, – deyə rəsmi bildirib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
33
50
editor.az

10Mənbələr