Məlum olduğu kimi, 2023-cü ildə Qarabağda keçirilən antiterror əməliyyatından sonra Xankəndidə mənzillənmiş separatçıların nümayəndələri ilə Bakı arasında Yevlaxda qısamüddətli danışıqlar aparıldı. Tribunainfo.az xəbər verir ki, bunu danışıq yox, daha çox diqtə və tələblərin yerinə yetirilməsi prosesi adlandırmaq daha doğrudur.
Çünki həmin vaxt separatçılıar özlərini buraxdıqlarını bəyan etməklə yanaşı, Qarabağda qalıb, qalmamaq məsələsinə də aydınlıq gətirməli idilər. Həmin vaxt separatçılar tərəfindən danışıqlara David Melkumyan göndərilmişdi. Dünən o, bildirib ki, Yevlax görüşü ilə bağlı geniş açıqlama verəcək. “Azərbaycan tərəfdən təkliflər çox idi. Lakin qərar verən tərəf Qarabağ erməniləri idi. Onlar da qərar verdi ki, biz azərbaycanlılarla yaşamaq istəmirik”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta