AZ

Sərnişin təyyarəsi havaya qalxdıqdan sonra dənizə düşdü: ölənlər var

15 sərnişini daşıyan Lanhsa təyyarəsi Hondurasın qərbindəki Roatan adasından havaya qalxdıqdan az sonra dənizə düşüb.

Publika.az xəbər verir ki, bu barədə "La Prensa" qəzeti Ada de la Bahia departamentinin qubernatoru Hüqo Varelanın bəyanatına istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, təyyarə La Seiba şəhərinə gedirmiş. Təbii fəlakət 6 nəfərin həyatına son qoyub. Xilasedicilər xəstəxanaya çatdırılan on nəfəri xilas edə bilib.

bildirilib ki, qəza uçuş zamanı mexaniki nasazlıq nəticəsində baş verib.

Seçilən
3
12
publika.az

10Mənbələr