Hondurasda sərnişin təyyarəsi qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, bu barədə yerli “La Prensa” nəşri məlumat yayıb.
İslas-de-la-Baya departamentinin qubernatoru Uqo Varelanın sözlərinə görə, qəza təyyarənin Roatan adasındakı hava limanından qalxmasından sonra baş verib.
“Təyyarənin dənizə düşməsi nəticəsində azı 6 nəfər həlak olub”, - qubernator bildirib.
Məlumata görə, təyyarədə 15 nəfər olub.
Qəzanın səbəbləri barədə məlumat verilməyib.