AZ

Sərnişin təyyarəsi dənizə düşdü: ölənlər var - FOTO

Hondurasın qərbindəki Roatan adasındakı aerodromdan havaya qalxan təyyarənin dənizə düşməsi nəticəsində azı 6 nəfər ölüb.

Referans xəbər verir ki, Lanhsa Hava Yollarına məxsus olan təyyarə Roatan adasındakı Xuan Manuel Qalvez hava limanından havaya qalxdıqdan az sonra dənizə düşüb.

İlkin məlumatlara görə, təyyarədə azı 15 nəfər olub, onlardan 6-sı ölüb.

Təyyarənin La Seiba şəhərinə doğru hərəkət etdiyi bildirilir. Məlumata görə hadisə 33 sərnişin üçün nəzərdə tutulmuş "Jetstream 41" təyyarəsinin uçuş zamanı mexaniki nasazlıq keçirməsi nəticəsində baş verib.

Təyyarə uçuş-enmə zolağından təxminən bir kilometr aralıda dənizə düşüb. /lent.az

Seçilən
1
12
referans.az

10Mənbələr