AZ

Təyyarə qəzası: 6 nəfər həlak oldu

Vətəninfo.az xəbər verir ki, Hondurasda təyyarə qəzası nəticəsində 6 nəfər həlak olub.

Adalar de la Bahia departamentinin qubernatoru Hüqo Varela bildirib ki, faciə təyyarənin Roatan adasındakı hava limanından havaya qalxmasından az sonra baş verib.

“Hondurasın qərbindəki Roatan adasındakı hava limanından havaya qalxan təyyarənin dənizə düşməsi nəticəsində azı 6 nəfər həlak olub”, – qubernatordan “La Prensa” sitat gətirilib. Təyyarənin göyərtəsində 15 nəfərin olduğu bildirilir.

Hadisə ilə bağlı başqa təfərrüatlar hələlik açıqlanmayıb.

Ölkənin səlahiyyətli orqanları qəzanın səbəblərini araşdırır, hadisə və onun qurbanları haqqında əlavə məlumatın tezliklə açıqlanması gözlənilir.

Seçilən
2
12
veteninfo.az

10Mənbələr