AZ

32 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 18-də ümumi çəkisi 32,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Məlumatı DİN mətbuat xidməti yayıb. 

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 25,6 kiloqramdan artıq marixuana, 3 kiloqramdan çox metamfetamin, 2 kiloqrama yaxın tiryək, 2 kiloqramdan çox həşiş qətranı, həmçinin 2432 ədəd psixotrop tərkibli həb olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

P.ƏMİRCANOV

XQ

Seçilən
14
4
xalqqazeti.az

10Mənbələr