1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyəli futbolçu Arda Güler "Real Madrid"dəkı gələcəyi ilə bağlı qərarını verib.
Oxu.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, yarımmüdafiəçi "Kral" klubundan ayrılmaq istəmir.
Xatırladaq ki, "Real Madrid" daha öncə İtaliyanın "İnter" klubunun icarə əsasında göndərdiyi təklifə müsbət yanaşaraq qəbul etmişdi.
Qeyd edək ki, türkiyəli yarımmüdafiəçi bu mövsüm 30 oyunda 3 qol vurub, 5 məhsuldar ötürmə edib.