AZ

"Liverpul" türkiyəli hücumçu üçün İtaliya klubuna 80 milyon avro ödəməyə hazırdır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İtaliyanın "Yuventus" komandasının futbolçusu Kənan Yıldız karyerasını İngiltərədə davam etdirə bilər.
Oxu.Az xəbər verir ki, "mersisaydlılar" türkiyəli hücumçunu mövsümün sonunda müqaviləsi başa çatacaq Məhəmməd Salahın əvəzləyicisi kimi görür.
İngiltərə nəhənginin bu transfer üçün Turin təmsilçisinə 80 milyon avro ödəməyə hazır olduğu bildirilib.
Bu keçid reallaşsa, 19 yaşlı forvard Darvin Nunyes və Vircil van Deykdən sonra "Liverpul" tarixinin ən bahalı üçüncü transferi olacaq.
Qeyd edək ki, Kənan Yıldız bu mövsüm "Yuventus"un heyətində 41 matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Seçilən
24
29
oxu.az

10Mənbələr