AZ

Cəbrayılda Novruz ilə bağlı bayram konserti

Cəbrayıl şəhərində Novruz ilə bağlı bayram konserti təşkil olunub. SİA xəbər verir ki, tədbir Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin dəstəyi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə baş tutub.

Cəbrayıl şəhər sakinləri, eləcə də Cocuq Mərcanlı sakinləri üçün təşkil olunan konsertdə Beynəlxalq Muğam Mərkəzinin musiqiçi heyətinin, eləcə də, tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında musiqi əsərləri səsləndirilib.

Novruzun əsas atributları olan Keçəlin duzlu-məzəli zarafatları, Bahar qızın şənlikdə iştirakı uşaqlar üçün bu günü unudulmaz edib.

Bayram əhvali-ruhiyyəsi, vətənpərvərlik duyğuları və coşqu ilə keçən konsert proqramı sakinlər tərəfindən böyük məmnunluq və razılıqla qarşılanıb.

Seçilən
0
1
sia.az

7Mənbələr