AZ

Cəbrayıl şəhərində Novruz ilə bağlı bayram konserti təşkil olunub - FOTO - VİDEO

Cəbrayıl

Cəbrayıl şəhərində Novruz bayramı münasibətilə şənlik və bayram konserti təşkil olunub.“Ulusum”.az xəbər verir ki, tədbir Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin dəstəyi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə baş tutub.Cəbrayıl şəhər sakinləri, eləcə də Cocuq Mərcanlı sakinləri üçün təşkil olunan tədbirdə Beynəlxalq Muğam Mərkəzinin musiqiçi heyətinin, eləcə də, tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında musiqi əsərləri səsləndirilib.Novruzun əsas atributları olan Keçəlin duzlu-məzəli zarafatları, Bahar qızın iştirakı şənlikdə iştirakı uşaqlar üçün bu günü unudulmaz edib.Bayram əhval-ruhiyəsi, vətənpərvərlik duyğuları və coşqu ilə keçən konsert proqramı sakinlər tərəfindən böyük məmnunluq və razılıqla qarşılanıb.Cəbrayıl

Diqqət Çəkənlər

Bayramların Sultanı - Qədəmin mübarək Novruzum!

Çinin Tayvana mümkün müdaxilə tarixi açıqlanıb

MN: Ordumuzun mövqeləri Keşişkənd istiqamətindən atəşə tutulub

Seçilən
0
1
ulusum.az

7Mənbələr