Azərbaycanda ilk dəfə UFC döyüşləri üzrə yarış keçirə bilər.
İdman.biz xəbər verir ki, bu barədə tanınmış jurnalist Ariel Helvani sosial şəbəkədə paylaşım edib.
O, paylaşımında UFC-də çıxış edən azərbaycanlı boksçu Rafael Fiziyevi qeyd edərək yazıb: "UFC Azərbaycandan debüt yarışının keçirilməsi istiqamətində danışıqların yekunlaşdırmağa çox yaxındır".
Qeyd edək ki, turnirin paytaxtımızda iyunun 21-də təşkili gözlənilir.
İdman.biz