AZ

Ariel Helvani: "UFC Azərbaycanda turnir keçirməyə hazırlaşır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Nüfuzlu şimali amerikalı insayder və jurnalist Ariel Helvani bildirib ki, UFC (Ultimate Fighting Championship) artıq 2025-ci ilin iyun ayında Azərbaycanda ilk turnirin keçirilməsi barədə razılaşmaya yaxındır.
Oxu.Az-ın məlumatına görə, Helvani bu barədə sosial şəbəkə səhifəsində məlumat verib.
Bu turnir üçün hələlik bir döyüş hazırlanır - Tahir Ulanbekov ən yüngül çəki dərəcəsində Kodi Horiquçi ilə qarşılaşacaq. Yaponiyalı döyüşçü 2017-ci ildə üç ardıcıl qələbə seriyası ilə UFC-dən ayrılmışdı, 2015-ci ildə isə titul uğrunda döyüşmüşdü - Demetrius Consona sabmişnla məğlub olmuşdu. UFC-dən sonra Horiquçi "Rizin" və "Bellator"da titullar qazanmış, Manel Kape və Kay Asakuranı vaxtından əvvəl məğlub etmişdi.
Qeyd edək ki, UFC-də həmçinin azərbaycanlı döyüşçülər Nazim Sadıqov və Rafael Fiziyev də çıxış edirlər.
Xatırladaq ki, şimali amerikalı promouşn keçmiş SSRİ ölkələrinin ərazisində son turnirini 2019-cu ilin noyabrında keçirmişdi. O zaman turnir Moskvada baş tutmuşdu. Axşamın əsas hadisəsi rusiyalı Zabit Məhəmmədşəripov ilə amerikalı Kelvin Kattar arasında döyüş olmuşdu. Döyüş hakimlərin yekdil qərarı ilə Zabitin qələbəsi ilə başa çatmışdı.
UFC - Las-Veqasda (ABŞ) yerləşən və bütün dünyada qarışıq döyüş sənəti (həmçinin MMA kimi tanınan) üzrə döyüşlər keçirən beynəlxalq idman təşkilatıdır. O, "Endeavor"un törəmə şirkəti olan "TKO Group Holdings"ə məxsusdur və onun tərəfindən idarə olunur. Təşkilatın prezidenti Dana Uaytdır.
Seçilən
8
5
oxu.az

10Mənbələr