AZ

"Prezident Tramp bunu edəcək" - ABŞ Qrenlandiya məsələsində israrlıdır

"Qrenlandiyaya nəzarət edən Danimarka öz işini görmür və yaxşı müttəfiq deyil. Milli maraqlarımıza toxunan bu problemi necə həll edək? Əgər bu, Qrenlandiyanı almaq deməkdirsə, prezident Tramp bunu edəcək. O, Avropanın reaksiyası ilə maraqlanmır, sadəcə Amerikanın milli maraqlarını düşünür".

"AzPolitika" xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti J.D. Vens bildirib.

O, qeyd edib ki, Tramp administrasiyası Qrenlandiya üzərində nəzarəti ələ keçirməyi hədəfləyir və bunun üçün mümkün olan hər şeyi edəcək.

Bu açıqlamadan dərhal sonra Vensin həyat yoldaşı Uşa Vens, Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və energetika naziri Kris Raytın da daxil olduğu yüksək səviyyəli ABŞ nümayəndə heyətinin Qrenlandiyaya səfər edəcəyi açıqlanıb. Nümayəndə heyəti Qrenlandiyada yerləşən ABŞ hərbi bazası Pituffik Kosmodromuna baş çəkəcək və regiondakı strateji fəaliyyətlərlə bağlı brifinq alacaq.

"AzPolitika.info"

Seçilən
62
10
azpolitika.info

10Mənbələr