AZ

Tramp nazirləri və Vensi Qrenlandiyaya göndərdi

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Qrenlandiyadakı ABŞ hərbi bazasına gedib.

Musavat.com "Associated Press"ə istinadən xəbər verir ki, Amerika nümayəndə heyətini daşıyan təyyarə eniş etdikdən sonra Vens və xanımı hərbçilərlə görüşüblər.

Hərbçilərlə birgə naharda vitse-prezident qeyd edib ki, Arktikada təhlükəsizliklə çox maraqlanır:

"Bildiyiniz kimi, bu, böyük problemdir. O, yaxın onilliklərdə daha da böyüyəcək".

Nümayəndə heyətinə həmçinin ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və energetika naziri Kris Rayt da daxildir.

Bundan əvvəl həm ada, həm də onun aid olduğu Danimarka qarşıdakı səfəri ABŞ-ın təzyiqi kimi qiymətləndirib.

Musavat.com

Seçilən
63
10
musavat.com

10Mənbələr