AZ

Tramp ABŞ-ın Qrenlandiyaya niyə ehtiyacı olduğunu açıqlayıb

Amerika siyasətçilərindən ibarət nümayəndə heyəti ABŞ-ın beynəlxalq təhlükəsizlik üçün Qrenlandiyaya ehtiyacı olduğunu nümayiş etdirmək üçün Qrenlandiyaya səfər edəcək.

Editor.az “İnterfaks”-a istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Vinsin” podkastında çıxışında bildirib.

“Beynəlxalq təhlükəsizlik üçün bizə Qrenlandiya lazımdır. Biz bunu əldə etməliyik”, – o, səfərin məqsədlərini şərh edərkən qeyd edib.

Tramp əlavə edib ki, adanın sakinləri ABŞ-a qoşulmağın yaxşı ideya olduğuna əmin olmalıdırlar.

Qeyd edək ki, martın 24-də aralarında vitse-prezidentin həyat yoldaşı Uşa Vansın da olduğu ABŞ nümayəndə heyətinin bu həftə Qrenlandiyaya səfər edəcəyi bildirilib.

ABŞ-ın ada üzərində hüquq iddiaları davam edərkən, Financial Times qəzeti mənbələrə istinadən xəbər verir ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Mayk Vals və ölkənin energetika naziri Kris Rayt da ABŞ nümayəndə heyətinə qatılacaq. Onlar Amerika hərbi bazasına və Qrenlandiyadakı Pituffik kosmodromuna baş çəkməyi planlaşdırırlar.

//Gülnarə Abasova, Editor.az

Seçilən
64
10
editor.az

10Mənbələr