AZ

Argentina millisi iki tarixi rekorda imza atdı

DÇ-2026-nın Cənubi Amerika üzrə seçmə mərhələsində öz meydanında Braziliyanı məğlub edən (4:1) Argentina millisi iki tarixi rekorda imza atıb.
 
Məlumata görə, Argentina Cənubi Amerika üzrə seçmə mərhələlərdə Braziliya ilə hər iki matçda qalib gələn ilk komanda olub.
 
Bundan əlavə, "tanqoçular" dünya çempionatının seçmə mərhələlərində Braziliyaya dörd qol vuran ilk rəqib ünvanına yiyələnib.
 
Qeyd edək ki, Lionel Skaloninin rəhbərlik etdiyi kollektiv Cənubi Amerika zonasından DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanan ilk komanda olub. Argentina hazırda 31 xalla turnir cədvəlinə başçılıq edir. /Report/
 
Seçilən
39
9
moderator.az

10Mənbələr