AZ

Argentina millisi iki tarixi rekorda imza atıb

DÇ-2026-nın Cənubi Amerika üzrə seçmə mərhələsində öz meydanında Braziliyanı məğlub edən (4:1) Argentina millisi iki tarixi rekorda imza atıb.

Paralel.az ın "Report"a istinadən məlumatına görə, Argentina Cənubi Amerika üzrə seçmə mərhələlərdə Braziliya ilə hər iki matçda qalib gələn (4:1, 1:0) ilk komanda olub.

Bundan əlavə, "tanqoçular" dünya çempionatının seçmə mərhələlərində Braziliyaya dörd qol vuran ilk rəqib ünvanına yiyələnib.

Qeyd edək ki, Lionel Skaloninin rəhbərlik etdiyi kollektiv Cənubi Amerika zonasından DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanan ilk komanda olub. Argentina hazırda 31 xalla turnir cədvəlinə başçılıq edir.

Seçilən
34
9
paralel.az

10Mənbələr