AZ

Argentina millisi iki tarixi rekorda imza atıb

DÇ-2026-nın Cənubi Amerika üzrə seçmə mərhələsində öz meydanında Braziliyanı məğlub edən (4:1) Argentina millisi iki tarixi rekorda imza atıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Argentina Cənubi Amerika üzrə seçmə mərhələlərdə Braziliyaya hər iki matçda qalib gələn (4:1, 1:0) ilk komanda olub.

Bundan əlavə, “tanqoçular” dünya çempionatının seçmə mərhələlərində Braziliyaya 4 qol vuran ilk rəqib ünvanına yiyələnib.

Qeyd edək ki, Lionel Skaloninin rəhbərlik etdiyi kollektiv Cənubi Amerika zonasından DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanan ilk komanda olub. Argentina hazırda 31 xalla turnir cədvəlinə başçılıq edir.

Seçilən
38
9
nocomment.az

10Mənbələr