AZ

Özgür Özəldən şok İmamoğlu açıqlaması: Namizədliyi mümkün olmasa, onun yerinə...

CHP sədri Özgür Özəlin İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqında həbs edilən Əkrəm İmamoğlu ilə bağlı səsləndirdiyi fikirlər təəccüb doğurub.

Publika.az xəbər verir ki, Özəl bu barədə “Sözcü" qəzetinə açıqlama verib.

O, İmamoğlunun namizədliyi məsələsinə toxunub: "Əkrəm İmamoğlu bizim prezidentliyə namizədimizdir. Onun namizədliyini irəli sürə bilək deyə diplomun ləğvi məsələsi ilə bağlı məhkəməyə müraciət etdik. Düşünürəm ki, çox yaxında bir nəticə əldə edəcəyik. Çünki diplom hüquqi şəkildə ləğv edilməyib. Bu həll olunduqda namizədlik üçün bir problem qalmayacaq.

Onun namizədliyini son günə qədər irəli sürəcəyik. Gündəmimizdə başqa ad yoxdur. Amma onun rəsmi namizədliyi mümkün olmasa, başqa ad önə çıxacaq. İmamoğlunu kimin əvəzləyəcəyi önəmli deyil. O, bu seçkidə İmamoğlunun adına qalib gələcək".

Seçilən
60
18
publika.az

10Mənbələr