AZ

Murat Ongunla bağlı şok iddia: Təlimatı İmamoğlu verib

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan “korrupsiya və rüşvət” istintaqında saxlanılan İBB sədri Əkrəm İmamoğlu və mətbuat müşaviri Murat Ongunla bağlı yeni məlumatlar ortaya çıxıb.

Publika.az xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti yazıb.

İddiaya görə, Ongun əməliyyatdan əvvəl bəzi bələdiyyə işçilərinə xaricə qaçmaları üçün maddi dəstək verib.

Ongunun xaricə çıxışı qadağan edilən bəzi şəxslərlə birbaşa görüşdüyü, onlara qaçış yolları ilə bağlı müxtəlif istiqamətlər verdiyi, bəzilərinə isə vəkillər göndərərək prosesi pərdəarxası idarə etdiyi iddia edilib.

Müşavir əməliyyat günü saxlanılan digər İBB əməkdaşlarına səssiz qalmaları üçün təzyiq göstərərək, onlara "3-6 aya hamımız azadlığa çıxacağıq" deyib. Onların əhval-ruhiyyəsini və motivasiyasını yüksək tutmağa çalışıb.

İBB işçilərini danışsalar ciddi nəticələrlə üzləşəcəkləri ilə təhdid edən Ongun, geri döndükləri zaman çox daha güclü olacaqları vədini də verib.

Seçilən
42
18
publika.az

10Mənbələr