AZ

İstanbul bələdiyyəsi ilə bağlı istintaq çərçivəsində 12 şirkətin hesablarına həbs qoyulub

İstanbul Baş Prokurorluğunun Böyükşəhər Bələdiyyəsinə qarşı başladığı korrupsiya istintaqı çərçivəsində həbs edilən 14 şübhəliyə aid olduğu təsbit olunan daha 12 şirkətin hesablarına həbs qoyulub.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, Murat Kapkı, Serhat Kapkı, Murat İlbak, Mustafa İlbak, Ali İlbak, Yusuf İlbak, Vedat Şahin, Necati Özkan, Eyüp Subaşı, Ahmethan Subaşı, Aydınhan Alper Körpü, Aydınxan kimi şübhəlilərə aid olduğu müəyyənləşdirilən “BVA” Reklam və Məsləhət Xidmətləri, “SMO” Reklam və Məsləhət Xidmətləri, Vizyonkent Reklam Bazarlama, “Kentvizyon” Media – Kommunikasiya Bazarlama, “Üçüncü Məcra” Reklam və Turizm Sənayə Ticarət, “Urbanmedia” Reklam və Kommunikasiya Xidmətləri, “Panoffect” Media, “Gənc Populist” media planlaşdırma təşkilat ticarət LTD, “MSO” Reklam və Məsləhət Xidmətləri, “Sim” Media, “Sev” Açıq Hava Reklamçılıq Sənayə və Ticarət LTD və “Vesa Events” təşkilat- ticarət LTD kimi şirkətlərin hesablarına həbs qoyulub.

Qeyd edək ki, martın 19-dan etibarən Türkiyənin müxtəlif şəhərlərində bələdiyyə sədri Əkrəm İmamoğluna dəstək məqsədilə mitinqləri və nümayişlər keçirilib. Aksiyalar xüsusilə İstanbul və Ankara şəhərlərini əhatə edib. Daxili İşlər Nazirliyinin məlumatına görə, sonradan iğtişaşlara çevrilən aksiyalarda 1 879 nəfər saxlanılıb. Onlardan 260-ı həbs olunub.

Seçilən
31
3
nocomment.az

10Mənbələr