AZ

Toplum TV işi üzrə məhkəmə başladı

Toplum TV işi üzrə təqsirləndirilən Ələsgər Məmmədli, Akif Qurbanov, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov və Ruslan İzzətlinin məhkəmə prosesi başlayıb.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra iş üzrə təqsirləndirilən şəxslərin bir neçəsinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verilib. Lakin məhkəmə bu vəsatətləri təmin etməyib.

Vəkillərdən biri cinayət işi ilə tanış olmadığı üçün məhkəmədən vaxt istəyib.

Bu səbəbdən hazırlıq iclasının davamı aprelin 24-ə təyin edilib.

Seçilən
64
7
publika.az

10Mənbələr