AZ

"Toplum TV" işi üzrə təqsirləndirilən Ələsgər Məmmədli və digərlərinin məhkəmələri başlayıb

"Toplum TV" işi üzrə təqsirləndirilən Ələsgər Məmmədli, Akif Qurbanov, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov və Ruslan İzzətlinin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxslərin bir neçəsinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verilib. Məhkəmə vəsatətləri təmin etməyib.

Akif Qurbanovun vəkili Fuad Ağayev cinayət işi ilə tanış olmadığı üçün məhkəmənin hazırlıq iclası aprelin 24-ə kimi təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2024-cü il martın 6-da saxlanılıb.

Seçilən
102
14
aznews.az

10Mənbələr