Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra təqsirləndirilən şəxslərin bir neçəsinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verilib. Məhkəmə vəsatətləri təmin etməyib.
Akif Qurbanovun vəkili Fuad Ağayev cinayət işi ilə tanış olmadığı üçün məhkəmənin hazırlıq iclası aprelin 24-ə kimi təxirə salınıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər 2024-cü il martın 6-da saxlanılıb.
İstintaq araşdırması zamanı “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli, redaktor Müşfiq Cabbarov, “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri Akif Qurbanov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynalov, “III Respublika” Platformasının qurucu heyət üzvü Ruslan İzzətli, Ramil Babayev, İlkin Əmrahov, Şahnaz Bəylərqızı məsuliyyətə cəlb olunublar.