"Real Madrid"də çıxış edən ulduz hücumçu Vinisius Junior Fransa çempionatında çıxış edə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Todofichajes" məlumat yayıb.
PSJ Vinisiusla maraqlanır
Mənbənin məlumatına görə, PSJ 24 yaşlı braziliyalını transfer etməkdə maraqlıdır.
PSJ Dembeleyə əvəzləyici tapıb
Paris nəhəngləri Vinisiusu Usman Dembelenin əvəzləyicisi kimi nəzərdən keçirir. Dembele klubdan ayrılsa, PSJ Junioru transfer etməyə çalışacaq.
Braziliyalının transfer dəyəri 200 milyon avro olaraq qiymətləndirilir. Futbolçunun "kral" klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin ortalarında başa çatacaq.
"Liverpul"da ayın oyunçusu bəlli olub
"Çelsi"nin argentinalı futbolçusu İspaniya yolunda
Bir göz qırpımında finaldan oldu: Fatih Terimə böyük şok - VİDEO
Vinisiusdan yeni rekord
"Torino"nun qapıçısı "Çelsi" və "Siti"nin hədəfində