AZ

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Bakı, TurkicWorld

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,85 ABŞ dolları və ya 5,23% azalaraq, 69,64 dollar/barel təşkil edib.

Bu barədə TurkicWorld -ə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 3,79 dollar və ya 5,27% ucuzlaşaraq 68,02 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,71 dollar və ya 8,32% azalaraq, 51,89 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,59 dollar və ya 6,33% azalaraq 67,9 ABŞ dolları təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Seçilən
33
48
turkic.world

10Mənbələr