“Bayern” itki ilə üzləşib.
Rekord.az xəbər verir ki, yarımmüdafiəçi Camal Musiala Bundesliqanın “Auqsburq”la matçında zədələnib.
Klubun idman direktoru Maks Eberl futbolçunun durumuna şərh verib: “Təəssüf ki, onun durumu yaxşı görünmür. O, “İnter”lə Çempionlar Liqasının gələn həftə keçiriləcək matçını buraxacaq”.
“Bayern” “Auqsburq”la səfər oyununda 3:1 hesablı qələbə qazanıb.