Ukraynanın Sumı şəhərinə Rusiyanın son vəhşi raket hücumu zamanı 13 yaşlı Kiril İlyaşenko əsl qəhrəmanlıq nümayiş etdirib. O, yanan avtobusun sınmış pəncərəsindən çıxaraq hələ də sağ olan sərnişinlərin xilas ola bilməsi üçün bağlı qapıları açmağa nail olub.
Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, bu haqda Sumi şəhərinin meri səlahiyyətlərini icra edən Artem Kobzar telegram-kanalında bəhs edib.

Məlumata görə, Kiril anası ilə birgə avtobusda olub. Raket atəşi zamanı o özü yaralanıb - başına üç qəlpə dəyib. Lakin bu, insanları xilas etmək cəhdinə mane ola bilməyib.
Tezliklə həkimlərdən biri onu da yanğının içindən çıxara bilib - hazırda oğlan həkim nəzarətindədir. Kirilin anasının üzü şüşə ilə kəsilib. Ciddi xəsarətlər qeydə alınmayıb.
Məlumatı Sumı şəhər 4 nömrəli tam orta məktəbdən də təsdiqləyiblər: “Fakel" sərbəst güləş uşaq-gənclər məktəbinin şagirdi Kirill İlyaşenko başından qəlpə yaralarına baxmayaraq, vurduğu zərbə ilə avtobusun şüşəsini sındırıb, çölə atılıb və yaxınlıqda olan insanları xilas edib. Bu qəhrəmanlıq hərəkəti minnətdarlıq və hörmətə layiqdir”, - "Facebook" yazısında belə deyilir.