AZ

Rüfət Dadaşov “Babelsberq”ə qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov Almaniyanın “Dinamo” (Berlin) komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası Almaniyanın Şimal-Şərq Regional Liqasının 24-cü turu çərçivəsində “Babelsberq”lə qarşılaşıb.

“Dinamo” bu rəqiblə səfərdə üz-üzə gəlib. Futbolçumuzun komandası qarşılaşmadan heç-heçə ilə ayrılıb – 1:1.

Rüfət bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb. Cari mövsümdə 14 qol vurmuş azərbaycanlı forvard bu dəfə fərqlənə bilməyib. O, sadəcə, 87-ci dəqiqədə aldığı sarı vərəqə ilə diqqət mərkəzinə düşüb.

24 turdan sonra 47 xala malik Berlin “Dinamo”su 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda təxirə salınmış daha bir oyunu var.

Xatırladaq ki, Rüfət Dadaşov “Dinamo”ya 2023-cü ilin yayında “Şalke”dən azad agent kimi ayrılaraq keçib. Azərbaycanlı hücumçu 2017/2018 mövsümündə də “Dinamo”nun uğurları üçün çalışıb. O, həmin vaxt Berlin təmsilçisində 29 oyuna 29 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Bu mövsüm isə 32 yaşlı hücumçu 22 oyuna 14 qol vurub, 3 məhsuldar ötürmə edib.

Rüfət Azərbaycan milli komandasında da 24 oyuna çıxıb, 5 qola imza atıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
4
Mənbələr
Şərh ()
Bağla