AZ

Rüfət Dadaşov “Altglinikke”yə qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov Almaniyanın “Dinamo” (Berlin) komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası Almaniyanın Şimal-Şərq Regional Liqasının 19-cu turundan təxirə salınmış oyunda “Altglinikke” ilə qarşılaşıb.

“Dinamo” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Futbolçumuzun komandası qarşılaşmadan çətin qələbə ilə ayrılıb – 3:2.

Rüfət bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb. Cari mövsümdə 14 qol vurmuş azərbaycanlı forvard bu dəfə fərqlənə bilməyib.

26 turdan sonra 53 xala malik Berlin “Dinamo”su 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb. Futbolçumuzun komandası liderdən cəmi 2 xal geri qalır.

Xatırladaq ki, Rüfət Dadaşov “Dinamo”ya 2023-cü ilin yayında “Şalke”dən azad agent kimi ayrılaraq keçib. Azərbaycanlı hücumçu 2017/2018 mövsümündə də “Dinamo”nun uğurları üçün çalışıb. O, həmin vaxt Berlin təmsilçisində 29 oyuna 29 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Bu mövsüm isə 32 yaşlı hücumçu 24 oyuna 14 qol vurub, 3 məhsuldar ötürmə edib.

Rüfət Azərbaycan milli komandasında da 24 oyuna çıxıb, 5 qola imza atıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq