AZ

Rüfət Dadaşovun komandası derbidə məğlub oldu

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi Almaniyanın “Dinamo” (Berlin) komandası növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Almaniyanın Şimal-Şərq Regional Liqasının 29-cu turu çərçivəsində Berlinin digər təmsilçisi “Viktoriya” ilə qarşılaşıb.

“Dinamo” bu rəqiblə səfərdə üz-üzə gəlib. Futbolçumuzun komandası derbidən məğlubiyyətlə ayrılıb – 1:3.

Dadaşov bu oyunun iştirakçısı olmayıb. Cari mövsümdə 14 qola imza atmış azərbaycanlı futbolçunun adı bu qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib. Bunun səbəbi hücumçunun hazırda ciddi zədədən əziyyət çəkməsidir.

29 turdan sonra 56 xala malik Berlin “Dinamo”su 18 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Rüfət Dadaşov “Dinamo”ya 2023-cü ilin yayında “Şalke”dən azad agent qismində keçib. Azərbaycanlı hücumçu 2017/2018 mövsümündə də “Dinamo”nun uğurları üçün çalışıb. O, həmin vaxt Berlin təmsilçisində 29 oyuna 29 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Bu mövsüm isə 32 yaşlı hücumçu 25 oyuna 14 qol vurub, 3 məhsuldar ötürmə edib.

Dadaşov Azərbaycan milli komandasında da 24 oyuna çıxıb, 5 qola imza atıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23437
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
16703
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16512
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14590
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11463
Helikopterin qalıqları tapılıb
10016
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7307
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6711
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5524
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5375
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5334
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4210
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4178
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3676
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2935
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2176
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
1939
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1850
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1741