AZ

Qvardiola “Arsenal”la “quru oyun”a aydınlıq gətirdi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 30-cu turunun “Arsenal”la oyununu (0:0) şərh edib.

Arena.az BBC-yə istinadən, ispan mütəxəssin bu barədə fikirlərini təqdim edir:

“Bu gün cəmi bir xal qazandıq. Nə biz çox imkan yaratdıq, nə də “Arsenal”. Onlar çox yığcam müdafiə olundular, yüksək təzyiqlə isə topları qazana bilmədik. Çünki rəqib fiziki cəhətdən güclü idi və yüksək səviyyədə oynayırdı.

Oyun çox gərgin keçdi. Oyunu adi nəbzdə keçirdik, amma bu, meydanın son üçdə birində nəticə əldə etməyimiz üçün kifayət etmədi. “Arsenal”ın isə topu itirdiyimizdə bir neçə məqamı oldu. Onlar bu keyfiyyəti fantastik səviyyəyə çatdıraraq yaxşı təpki edirlər. Çox az boş məkan vardı. Buna görə də onlar liqanın ən yaxşısı idilər. “Liverpul” indi zirvədədir, amma “Arsenal” ötən mövsüm və bu mövsüm çox yaxşı oynayır”, deyə Qvardiola vurğulayıb.

Xatırladaq ki, 30-cu turun mərkəzi, “Mançester Siti” – “Arsenal” oyununda “quru” oyun (0:0) mənzərəsənidə “Baryton”u 2:1 hesabı ilə məğlub etmiş “Liverpul” Premyer Liqanın liderliyini yenidən ələ keçirib. Hazırda “qırmızılar”ın 67 xalı var. 2-ci pillədə 65 xalla “topçular” qararlaşıblar. İlk üçlüyü isə 64 xalla “şəhərlilər” qapayırlar.

Seçilən
201
23
Mənbələr
Şərh ()
Bağla