AZ

“Bu nəticə ilə fəxr edə bilərik” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/4 final mərhələsinin “Real”la ilk oyunu (3:3) haqda danışıb.



Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis eyni zamanda cavab oyunu ilə bağlı gözləntilərini bölüşüb:



“Düşünürəm ki, bu turnirin səviyyəsinə layiq, çox yaxşı, həqiqətən maraqlı matç oldu. Hər iki komanda hücuma keçməyə çalışdı və bunu müxtəlif üsullarla etdi. Amma şəxsən mənim ən çox xoşuma gələn ikinci hissəni necə oynadığımızdı. Oyuna yaxşı nəzarət edirdik.



“Real”a üç qol vurduq. İngiltərədə hər kəs burada oynamağın nə qədər çətin olduğunu başa düşünürdü. Bu nəticə ilə fəxr edə bilərik. Biz uzun yol qət etmişik. Biz çox şey öyrəndik, sabitlik əldə etdik və inşallah daha yaxşısını edə bilərik. Cavab oyunu? Bu matçda qalib gəlməliyik. Azarkeşlər bu işdə bizə kömək etməlidirlər. Bu turnirin krallarını məğlub etmək üçün onların enerjisinə ehtiyacımız var. Biz bunu Mançesterdə edə bilərik. Amma “Real” bir qol vuracaq, bu, mütləqdir”.



Cavab oyunu bir həftə sonra, aprelin 17-də Mançesterdə “Etihad” stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərMançester Siti pep qvardiola real

Seçilən
159
23
Mənbələr
Şərh ()
Bağla