AZ

Qvardiola MS-dən ayrılacaq?

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola 2025-ci ildə postunu tərk etmək istəyir.

53 yaşlı ispaniyalının müqaviləsinin müddəti məhz həmin vaxt başa çatacaq. O, komandanı tərk etmək və məşqçilik karyerasına fasilə vermək istəyir. Qvardiola 2016-cı ildən "şəhərlilər"ə rəhbərlik edir.

Mançester təmsilçisi Pepin rəhbərliyi altında 5 dəfə İngiltərə çempionu olub, 2 dəfə ölkə kubokunu və Superkubokunu qazanıb. Ötən mövsüm isə komanda tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub. MS 28 turdan sonra 63 xalla 3-cü pillədə qərarlaşıb, “Arsenal”la “Liverpul”dan 1 xal geri qalır.

Seçilən
143
23
Mənbələr
Şərh ()
Bağla