AZ

“Beşiktaş”ın prezidenti baş məşqçi məsələsinə aydınlıq gətirdi

Türkiyənin “Beşiktaş” klubunun prezidenti Hasan Arat baş məşqçi məsələsinə aydınlıq gətirib.

Redaktor.az xəbər verir ki, futbol funksioneri “Hürriyet”ə açıqlamasında yeni çalışdırıcıya ehtiyac duymadıqlarını söyləyib.

O, uğursuz nəticələrə baxmayaraq, hazırkı baş məşqçi Fernandu Santuşu postunda saxlayacaqlarını deyib: “Fernandu Santuşa güvənirik. Belə olmasaydı, onunla bu yola çıxmazdıq. Bura çətin vaxtda gəldi. Santuşla müqavilə müddəti bitənə qədər birlikdə çalışacağıq”.

Qeyd edək ki, Türkiyə mətbuatı “Beşiktaş”ın mövsümün sonunda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu təyin etmək istədiyini iddia edib. Fernandu Santuşun İstanbul təmsilçisi ilə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
253
20
Mənbələr
Şərh ()
Bağla

Reytinq