AZ

Anton Krivotsyuk liderlə matçda komandasının ən yaxşısı oldu

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası ölkə çempionatının (K Liqa 1) 10-cu turu çərçivəsində lider “Qimçeon Sanqmu” ilə qarşılaşıb.

“Daejeon Hana Sitizen” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Futbolçumuzun komandası meydandan heç-heçə ilə ayrılıb – 0:0.

Anton bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, komandasının heyətində ən yaxşılardan biri olub.

“Daejeon Hana Sitizen” 10 turdan sonra topladığı 10 xalla 12 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb. Komanda 10 oyunda 2 qələbə qazanıb, 4 heç-heç edib, 4 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 40 oyuna çıxıb, 1 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 35 matça çıxıb, 1 qola imza atıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
5
Mənbələr
Şərh ()
Bağla