- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası ölkə çempionatının (K Liqa 1) 11-ci turu çərçivəsində “Qvanqyu” ilə qarşılaşıb.
“Daejeon Hana Sitizen” bu rəqiblə səfərdə üz-üzə gəlib. Futbolçumuzun komandası meydandan məğlubiyyətlə ayrılıb – 1:2.
Anton bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da Krivotsyuk vurub. O, 15-ci dəqiqədə hesabı açsa da, meydan sahiblərinin əzmkar qələbəsinə mane ola bilməyib.
“Daejeon Hana Sitizen” 11 turdan sonra topladığı 10 xalla 12 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb. Komanda 11 oyunda 2 qələbə qazanıb, 4 heç-heç edib, 5 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 41 oyuna çıxıb, 2 qol, 1 məhsuldar ötürmə müəllifi olub.
Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 35 matça çıxıb, 1 qola imza atıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.