AZ

ABŞ İranla münaqişə istəmir

"ABŞ Yaxın Şərqdə daha böyük müharibə istəmir".AzVision.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABC televiziyasına açıqlamasında deyib.

O qeyd edib ki, "biz İranla münaqişəyə can atmırıq".

Qeyd edək ki, aprelin 13-dən 14-ə keçən gecə İran İsrailə PUA-larla hücum edib. İsrail ordusunun sözçüsü Daniel Haqari bildirib ki, ordu yəhudi dövlətinə yönəlmiş 300-ə yaxın İran mərmisinin 99%-ni zərərsizləşdirib.
AzVision.az

Seçilən
183
21
Mənbələr
Şərh ()
Bağla