AZ

ABŞ İsrailə hücumun vaxtı ilə bağlı İrandan məlumat alıb? - Rəsmi AÇIQLAMA

"ABŞ İrandan nə İsrailə hücumun vaxtı, nə də Tehranın seçdiyi hədəflər barədə məlumat almayıb".

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

"Biz İrandan siqnallar aldıq. Onlar da bizdən siqnal aldılar. Amma nə bizə, nə də başqa heç kimə cavabın vaxtı, məqsədləri və ya növü ilə bağlı heç bir siqnal olmayıb", - Ağ Ev rəsmisi bildirib.

Bundan əvvəl ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller də analoji məcrada çıxış edib. 

Yusif EYVAZLI

Seçilən
199
21
Mənbələr
Şərh ()
Bağla