AZ

ABŞ İrana cavab verdi: Yalan danışırlar, heç vaxt...

Ağ Ev bildirib ki, İran ABŞ-a İsrailə və onun potensial hədəflərinə hücumla bağlı xəbərdarlıq etməyib.

Publika.az xəbər verir ki, bu barədə “Amerikanın Səsi” Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyaları üzrə koordinatoru Con Kirbiyə istinadən məlumat yayıb.

Kerbi ABŞ-ın İranla mesaj mübadiləsi apardığını bildirib.

“Lakin Tehran aprelin 13-də İsrailə hücumun vaxtı və məqsədi barədə Vaşinqtona heç vaxt məlumat verməyib”, - deyə o bildirib.

Seçilən
180
21
Mənbələr
Şərh ()
Bağla