AZ

“Zirə” “Qəbələ”nin legionerini transfer etmək İSTƏYİR 

"Qəbələ"nin yarımmüdafiəçisi Bilal Auaşeriya klubunu dəyişə bilər. 

Bizim.Media xəbər verir ki, legioneri heyətinə qatmaq istəyən klublardan biri də “Zirə”dir. 

Bilal bu mövsümkü performansı ilə qəsəbə təmsilçisinin transfer siyahısına düşüb. 

30 yaşlı fransalının “Qəbələ” ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, mövsümün əvvəlində bölgə klubu ilə anlaşmışdı.

“Sent-Etyen”in yetirməsi olan Bilal “Sportinq Kovilya”, “Farense”, “Jil Visente” komandalarında oynayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
18
Mənbələr
Şərh ()
Bağla