AZ

Türkiyə klubu Musa Qurbanlını transfer etmək istəyir

Futbol üzrə milli komandamızın hücumçusu Musa Qurbanlı karyerasını Türkiyədə davam etdirə bilər. 

Bizim.Media xəbər verir ki, İsveçin “Yurqorden” klubunun hücumçusu qardaş ölkənin “Alanyaspor” klubunun diqqət mərkəzinə düşüb. 

Adıçəkilən klub yayda futbolçunu icarəyə götürmək istəyir. Hazırda “Yurqorden”də oynamaq şansı qazanmayan Qurbanlının klubla müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
18
Mənbələr
Şərh ()
Bağla