AZ

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Bakı. Trend:

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək“Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.

Trend xəbər verir ki, 7-ci dəfədir təşkil ediləcək Bakı Marafonuüçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib.

Marafonda 200-dən çox fəxri qonağın, 6 mindən çox tələbəniniştirakı gözlənilir. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı,ölkədə yaşayıb-çalışan əcnəbilər, həmçinin digər ölkələrdən dəqoşulanlar var. Belə ki, qeydiyyatdan keçənlərin siyahısındaAlmaniya, Çin, Fransa, Gürcüstan, Hindistan, İraq, İran, İtaliya,Kanada, Qazaxıstan, Pakistan, Rusiya, Suriya, Türkiyə, Ukrayna vədigər ölkələrin vətəndaşları yer alıblar.

Marafonun marşrutu: Dövlət Bayrağı Meydanı - Dənizkənarı bulvar- Bakı Beynəlxalq Dəniz Vağzalı - Neftçilər prospekti - Bakı AğŞəhər bulvarı - Xəqani Rüstəmov küçəsi - Bakı Ağ Şəhər bulvarı, 8Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi - AfiyəddinCəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, “Cavanşir”körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi - Neftçilər prospekti,Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) və Dənizkənarıbulvar boyunca hərəkət edərək (Su İdmanı Sarayının arxası, BakıKristal Zalı) - Dövlət Bayrağı Meydanı.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
33
Mənbələr
Şərh ()
Bağla