AZ

Bakı Marafonu: 15 mindən çox iştirakçı

Mayın 5-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.
Artıq 7-ci dəfədir təşkil olunacaq Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib.
Marafonda 200-dən çox fəxri qonağın, 6 mindən çox tələbənin iştirakı gözlənilir. Qeydiyyatdan keçənlərin siyahısında Azərbaycan vətəndaşları ilə yanaşı, Almaniya, Çin, Fransa, Gürcüstan, Hindistan, İraq, İran, İtaliya, Kanada, Qazaxıstan, Pakistan, Rusiya, Suriya, Türkiyə, Ukrayna və digər ölkələrin vətəndaşları yer alıblar.
Marafonun marşrutu: Dövlət Bayrağı Meydanı - Dənizkənarı bulvar - Bakı Beynəlxalq Dəniz Vağzalı - Neftçilər prospekti - Bakı Ağ Şəhər bulvarı - Xəqani Rüstəmov küçəsi - Bakı Ağ Şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi - Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, “Cavanşir” körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi - Neftçilər prospekti, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) və Dənizkənarı bulvar boyunca hərəkət edərək (Su İdmanı Sarayının arxası, Bakı Kristal Zalı) - Dövlət Bayrağı Meydanı. 
 
L.SABİRQIZI XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
33
Mənbələr
Şərh ()
Bağla