AZ

AÇG və “Şahdəniz”dən indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 1 mart 2025-ci il tarixinədək 653,5 milyon tona yaxın neft (kondensatla birlikdə), 473,1 milyard kubmetr qaz hasil edilib.

Energetika Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, hesabat dövründə AÇG-dən 604,2 milyon ton neft, 232 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 49,3 milyon tona yaxın kondensat, 241,1 milyard kubmetr qaz çıxarılıb. Bundan 1 mart tarixinədək 651,5 milyon ton neft və 172,8 milyard kubmetr qaz ixraca nəql edilib.

Məlumata görə, bu ilin yanvar-fevral aylarında respublikada 4,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 2,6 milyon tonu AÇG-nin, 0,6 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,1 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,2 milyon ton təşkil edib.

İki ay ərzində 3,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 3,2 milyon tonu konsorsiumların, 0,4 milyon tonu SOCAR-ın, 0,1 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.

2025-ci ilin yanvar-fevral aylarında ölkədə 8,1 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 2,2 milyard kubmetri AÇG-nin, 4,3 milyard kubmetri “Şahdəniz”in, 0,3 milyard kubmetri “Abşeron” yatağının, 1,3 milyard kubmetri isə SOCAR-ın payına düşüb.

Hesabat dövründə xaricə qaz satışı 3,8 milyard kubmetr təşkil edib. Bundan 1,9 milyard kubmetr Avropaya, 1,4 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 0,9 milyard kubmetr), 0,5 milyard kubmetr Gürcüstana satılıb.

Seçilən
0
15
ikisahil.az

10Mənbələr