Ağstafada dönərdən kütləvi zəhərlənmə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Ağstafa şəhərinin mərkəzində yerləşən dönərxanaların birində qeydə alınıb.
Belə ki, 8 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.
Hazırda zəhərlənən şəxslərə xəstəxanada ilkin tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.