Ağstafada dönərdən zəhərlənən şəxslərin adları məlum olub.
Avtosfer.az-ın yerli bürosunun məlumatına görə zəhərlənən şəxslər rayon sakinləri 2021-cü il Ö.Abbasov, 2006-cı il təvəllüdlü N.Abbasova, 1997-ci il təvəllüdlü M.Məmmədli, 2023-ci il təvəllüdlü Z.Məmmədli, 1971-ci il təvəllüdlü M.Rəhimova, 2018-ci il təvəllüdlü H.Sadıqzadə,2015-ci il təvəllüdlü G.Sadıqzadə, 2013-cü il təvəllüdlü F.Yolçiyeva və 1944-cü il təvəllüdlü H.Rəhimovadır.
Hazırda zəhərlənən şəxslərə tibbi yardım göstərilir.
**
Ağstafada dönərdən kütləvi zəhərlənmə baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə Ağstafa şəhərinin mərkəzində yerləşən dönərxanaların birində qeydə alınıb.
Belə ki, 8 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.
Hazırda zəhərlənən şəxslərə xəstəxanada ilkin tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.